Fındıq tingi - 1 əd.

5 m
Bonusla qiyməti: 5 bonus
Satışda var
+

Məhsul haqqında

Fındıq tingi

Fındıq tingi

Qafqaz regionunda fındıq becərilməsinin tarixi eramızdan öncə 4-cü minilliyə gedib çıxır. Azərbaycan ərasizində də qədim vaxtlardan meşə fındığı ağacları olub.

Ölkəmizə ən çox valyuta gətirən məhsullardan sayılan fındığın önəmi nəzərə alınaraq yeni bağlar salınır. Sahələrə tinglər əkilir. Bir sözlə fındıqçılıq təsərrüfatı genişləndirilir.

Fındıq 7–9 m hündürlüyündə bitən koldur, bəzən ağac şəklində boy atır.

1 hektar sahədən 40-500 kq məhsul yığmaq olar.

Fındığın fəal məhsuldarlıq dövrü torpaq iqlim şəraitindən asılı olaraq təqribən 7-25 ildir.

Hər bir fındıq kolu üçün 4 ədəd sağlam fındıq tingi götürülür. Əkilən ağaclar arasında məsafə isə 6 metrə qədər olmalıdır. Düzgün aqrotexniki qulluq göstərildikdə yeni əkilən fındıq tingi 5 ilə bar verməyə başlayır.

Fındıq yığımı adətən avqustun son həftəsindən sentyabrın ilk yarısı, hava şəraitindən asılı olaraq bəzən sonlarına kimi davam edir.


Fındığın faydaları

Meşə fındığının tərkibində 58-71% yağ, 14-18% asan həllolunan zülal, 2-5% saxaroza, B1 və E vitaminləri, dəmir duzları vardır.