İvanovka şoru - 1 kg

6 m
Bonusla qiyməti: 6 bonus
Satışda var
+

Məhsul haqqında

İvanovka şoru

İvanovka şoru

Şor ürək və damar, qara ciyər və böyrək xəstəliyində, orqanizmdə maddələr mübadiləsi pozulduqda və s. hallarda həkimlər tərəfindən xəstələrə məsləhət görülür.

Şor mədədə turşuluğun aşağı olmasından və mədə şirəsinin azlığının qarşısının alınmasında istifadə olunur.

Şor həm də sidikqovucu xüsusiyyətinə malik olmaqla uğurla ürəyin dekompensasiyası və hipertoniya zamanı, böyrəkdə azotifrazedən funksiyanın pozulmasında əmələ gələn xəstəliklərdə ( sidik kisəsinin selikli qişasının iltihabı), sistid vaxtında, böyrək iltihabında, ekzema tipli xəstəliklərdə çox müvəffəqiyyətlə istifadə olunur. Onu da qeydə dəyər ki, şor orqanizmdə piylənmə və şişmənin də qarşısını alır.

Yaxşı olar ki, həm uşaqlar, həm də yaşlı insanlar hər gün 40-50 qram təzə şor yesinlər, şoru balla birlikdə yemək orqanizm üçün daha çox fayda verə bilər.

Şor maddələr mübadiləsini tənzimləyir, həzm prosesini asanlaşdırır. Tərkibində B1, B2, B12 və D vitamini olan şor mədə-bağırsaq xəstəlikləri yaradan mikrobları məhv edir. Şorun tərkibində mikroelementlər, dişləri və sümükləri möhkəmləndirən kalsium və fosfor var. Kalsium sinir sisteminin, gözlərin sağlamlığında böyük rol oynayır.

100 qr məhsulun qida dəyəri: yağlar – 18% Zülal – 13 qr, karbohidratlar – 2,7 qr 100 qr məhsulun enerji dəyəri 224,8 kkal-dır.