İvanovka süzməsi - 1kq

5 m
Bonusla qiyməti: 5 bonus
Satışda var
+

Məhsul haqqında

İvanovka süzməsi

Süzmə və onun faydaları

Süzmə həzm sisteminizdəki faydalı bakteriyalar, ishal, bağırsaq sindromu, xron xəstəliyi və kolit kimi həzm problemləri ilə mübarizə aparmağa kömək edir.

Bağırsaq hərəkətlərini tənzimləyir

Süzmə qatıq asanlıqla həzm olması ilə yanaşı, digər qidaların həzmini də asanlaşdırır. Süzmə qatıqda olan faydalı bakteriyalar bağırsaq hərəkətlərini tənzimləyir. Beləcə, qəbizlik probleminin önünə keçir.

Arıqlamağa kömək edir. Süzmə qatığın tərkibində protein adi qatıqdan iki dəfə çoxdur.

Təzyiqi stabil saxlayır

Təzyiqinizi stabil saxlamaq üçün gündə bir neçə stəkan süzmə qatıq yeyə bilərsiniz. 1 stəkan yağsız süzmə qatıqda 240 mq potasium var. Potasium damarları rahatladaraq daralmasının qarşısını alır.

Sümük əriməsinin qarşısını alır

Sadəcə bir kasa süzmə qatıqda gündəlik kalsium ehtiyacının 18.7 faizi var. Tərkibində kalsiumdan əlavə, maqnezium, fosfor, potasium və protein kimi mineralların olması da güclü sümüklər üçün əhəmiyyətlidir.

İmmuniteti gücləndirir

Şor maddələr mübadiləsini tənzimləyir, həzm prosesini asanlaşdırır. Tərkibində B1, B2, B12 və D vitamini olan şor mədə-bağırsaq xəstəlikləri yaradan mikrobları məhv edir. Şorun tərkibində mikroelementlər, dişləri və sümükləri möhkəmləndirən kalsium və fosfor var. Kalsium sinir sisteminin, gözlərin sağlamlığında böyük rol oynayır.