Arı mumu - 1kq

14 m
Bonusla qiyməti: 14 bonus
Satışda var
+

Məhsul haqqında

Arı mumu

Haqqında

Arı mumu — bal arılarının şan düzəltmək üçün hasil etdikləri maddə. Arı mumu olduqca davamlıdır. Onu uzun müddət saxlandıqda belə, belə xarab olmur. Havanın temperaturu və nəmliyi ona təsir göstərmir. Mum havada oksidləşmir, havanın nəmliyini özünə çəkmir və qurumur. Beləliklə də, onun çəkisi daim dəyişilməz qalır. Mum demək olar ki, heç bir zərərvericilərlə zədələnmir.

Tərkibi

Tərkibində 50-yə yaxın kimyəvi birləşmələr vardır. Bunların 75%-i mürəkkəb efirlər, 12-15 % karbohidrogenlər, 13-15% yağ turşuları, digər üzvi maddələr və s.-dir.

Sıxlığı( 15°S-də): ρ = 0.956-0.970q/sm3

Ərimə temperaturu 61-65 °S

Faydaları

Mum kosmetologiyada qadınlar üçün müxtəlif kremlərin, maskaların, epilyasiya yapışqanlarının hazırlanmasında, əczaçılıq sənayesində, təbabətdə dərmanlar, tibbi şamların hazırlanmasında işlədilir. Rəssamlıqda geniş tətbiq olunur.

  • Arılar tərəfindən istehsal olunan mumun 80%-i yenidən arının özünə sərf edilir.
  • Bronxial astmada, haymoritdə şanlı bal yemək çox müsbət nəticələr verir. Şanlı balı çeynədikdə dişin dibləri möhkəmlənir, kariesdən təmizlənir.
  • Yanıq və yaraların sağalmasında mumdan hazırlanan vasitələrdən istifadə etmək olur

Rəylər

Məlumat tapılmadı

Rəy yazın