Çanaq pendiri - 1kq

7 m
Bonusla qiyməti: 7 bonus
Satışda var
+

Məhsul haqqında

Çanaq pendiri

Çanaq pendiri

Çanaq pendiri duzlu pendirlər qrupuna aiddir. Təbii pendir mayası və süd kulturları əlavə olunan inək südündən hazırlanır.

Pendir insan sağlamlığı üçün gərəkli olan bir çox faydalı elementləri özündə cəmləmişdir.

Pendir zülal və minerallarla zəngindir. Buna görə də daha çox uşaqlar, hamilə qadınlar və süd verən analar üçün çox faydalıdır. Pendir vərəm xəstələri və sınıqlar üçün də faydalıdır.

Pendirin tərkibində zülal (25%-ə qədər), yağ (60%-ə qədər) və mineral maddələr (3,5 %-ə qədər) vardır. Pendirin tərkibində olan zülallar insan orqanizimində südə nisbətən daha yaxşı həzm olunurlar. Pendirdə olan ekstraktlar dəmirin həzminə və yaxşı iştahın yaranmasına şərait yaradır. Onun təşkilediciləri orqanizm tərəfindən tam həzm olunur. Pendirdə A, D, E, B1, B2, PP, C və başqa vitaminlər mövcuddurlar. Yağın tərkibindən asılı olaraq 100 q pendirdə enerji ehtiyatı 200-400 kkal arasındadır. Pendirə həm də südə olan elementlərin konsentratı kimi baxmaq olar: buraya zülallar, yağlar, mineral maddələr, kalsium, natrium, fosfor da daxildir.

Saxlanma şəraiti -2 və +2 dərəcə arasındadır.