Darçın - 100 q

5 m
Bonusla qiyməti: 5 bonus
Satışda var
+

Məhsul haqqında

Darçın

Darçın və onun faydaları

Darçın dəfnə fəsiləsinə aid olan həmişəyaşıl tropik darçın ağacının cavan budaqlarından soyulmuş və qurudulmuş qabıqdan ibarətdir.

Darçının xoş ətri və nisbətən tünd tamı, tərkibindəki darçın aldehidinin olması ilə izah edilir ki, bu aldehid darçındakı efir yağlarının 70-98%-ni təşkil edir. Bundan əlavə, efir yağlarında 4-10% evgenol, α - pinen, kariofilen, fellandren və qeyri-birləşmələr vardır.

Nəmliyi 13,5%-dən (üyüdülmüşdə 12,5%-dən), ümumi külü 5,8%-dən çox, efir yağı 0,5%-dən az olmamalıdır.

Darçının tərkibində 2-3,5% efir yağı vardır. Darçının xoşagələn iyi və şirintəhər dadı ondan kulinariyada və qənnadı sənayesində geniş miqyasda istifadə olunmasını təmin edir.

Milli mətbəximizdə darçın çox geniş miqyasda istifadə olunur. Darçınlı çay və ayrıca darçın dəmləməsindən xalq arasında istifadə olunur.

Darçın iştahanı artırır, bağırsaqların yüksək peristaltikasını nizamlayır, köpün əmələ gəlməsini azaldır, mədə və bağırsaqlardakı ağrıları sakitləşdirir.

Darçın bakteriyalara və viruslara qarşı təsirə də malikdir. Darçın cövhəri qripə qarşı vasitə kimi tətbiq olunur.

Rəylər

Məlumat tapılmadı

Rəy yazın