Hamısını gör

Arıçı İbrahim baba
"Ailəmizin ehtiyacını illərdir ki, bu işlə qarşılayırıq. Elə gün olur ki, səhər saat 7-dən axşam saat 4-ə kimi arılarla məşğul oluram, amma yorulmaq nə olan şeydir bilmirəm. Arı saxlanılan evdə bərəkət olur."
Arıçı Kamil baba
"Babam hələ mən uşaq ikən arıçılıqla məşğul idi. Ondan öyrəndiklərim elə mənə bugün də kamil bir arıçı kimi bu işi davam etdirməyimə və ailəmizin ehtiyacını qarşılamağa çox kömək olur" - Kamil baba.
İlahə xanım
"Bütün yaxınlarım mənə Şirinə deyir. İşim-gücüm həmişə yeni dadlar, yeni reseptlər yoxlamaqla maraqlı və faydalı mürəbbələr hazırlamaqdır. Həm də ailəmə bu vasitə ilə dəstək oluram." - İlahə xanım
Mr. Rza's family garden
"Təbabətə hələ məktəbli ikən çox marağım var idi. Artıq illərdir təbabət sahəsində öyrəndiyim biliklər vasitəsilə öz ailə üzvlərimin və kənd camaatının sağlamlığının qeydinə qalıram." - Rza bəy
Məmməd bəyin ailə ferması
"Mən uşaqlıqdan fermada böyümüşəm. Heyvanlar bizim bərəkətimiz olduğu kimi, həm də onlarsız bizə çətin olur, onlara öyrənmişik artıq. Heyvanlar həyatımızın bir hissəsidir." - Məmməd bəy
Yeganə xala ailəsi
"Fındıq sezonu bizim üçün ilin ən məşğul vaxtı olsa da, ailəmizdə uşaqdan böyüyə hamı sevincli olur. Çünki ayların əziyyətinin bəhrəsini və bərəkətini toplayırıq." - Yeganə xala