​Zəncəfil mürəbbəsi - 1 kq

Siyahı qiyməti: 35 m
33 m
Qənaət: 2 m (6%) Endirim 6%
Bonusla qiyməti: 33 bonus
Satışda var
+

Məhsul haqqında

Zəncəfil mürəbbəsi

Zəncəfil

Zəncəfil fəsiləsindən olan çoxillik kökümsov gövdəli qədim ədviyyat bitkisidir. Zəncəfil bitkinin qurudulmuş ana kökündən ibarətdir. Əmtəə çeşidinə görə zəncəfil ağ, qara və ağardılmış zəncəfil sortlarına ayrılır.

Hazırda zəncəfildən ədviyyat kimi dünyanın əksər xalqlarının mətbəxində hazırlanan xörəklərin tamını, ətrini və keyfiyyətini yaxşılaşdırmaq üçün işlədilir. Ədviyyat kimi ən çox qənnadı, çörək-kökə, spirtsiz içkilər, pivə istehsalında, ətriyyat sənayesində geniş istifadə olunur. Zəncəfildən ədviyyatın bir növü kimi kulinariyada və yeyinti sənayesində geniş istifadə edilir.

Bundan əlavə, Azərbaycanda bir çox milli məhsullar və içkilər zəncəfillə hazırlanır.

Zəncəfilin tərkibi faizlə aşağıdakı kimidir: su – 8-16; azotlu maddələr – 5-8; yağ – 2-8; nişasta – 40-60; pentozanlar – 5-7; sellüloza – 3-8; efir yağları – 1,5-3,5; kül – 3-7. Həmiçinin tərkibidə B və C vitamini, kalsium, fosfor, dəmir vardır.

Zəncəfilin tünd xoş ətri tərkibindəki efir yağlarından, yandırıcı dadı isə fenolabənzər qinqeral maddəsinin olmasından irəli gəlir.


Zəncəfinin faydaları

Xalq təbabətində zəncəfildən qantəzyiqini aşağı salmaq məqsıdilə, sakitləşdirici, tonuslandırıcı, istilikgətirici vasitə kimi istifadə olunur. Zəncəfil pəhriz zamanı çox təsirli bir qidadır. O həzmə kömək edir, yağ yanmasını artırır və metabolizmanın sürətini 20 % artırır, toksinləri bədəndən atmağa kömək edir. Zəncəfil dərinin cavan qalmasını təmin edir.


Zəncəfil mürəbbəsi

Zəncəfil mürəbbəsi ilə çay içmək xəstəliklərdən uzaq olmanın təminatıdır. Soyuqdəymənin qarşısını alır, arıqladır, qadın orqanizmi üçün əvəzsiz xeyri mövcuddur. Zəncəfil mürəbbəsi sidik qovucu təsirə malikdir, mədə, böyrək və sidik kisəsini isti saxlayır. Bəlğəmə qarşı faydalıdır.


Tərkibi:

  • Zəncəfil
  • Limon
  • Şəkər tozu

Rəylər

Məlumat tapılmadı

Rəy yazın