Badam tingi - 1 əd.

Siyahı qiyməti: 7 m
6 m
Qənaət: 1 m (14%) Endirim 14%
Bonusla qiyməti: 6 bonus
Satışda var
+

Məhsul haqqında

Badam tingi

Badam ağacı

Badamın meyvələri iyul-avqustda yetişir. 4-5 yaşından məhsul verir, 130 il və daha çox yaşayır. Üç ilə bar verən bu ağacın becərilməsi asan, gəliri isə milyonlara bərabərdir.

Badam torpağa çox da tələbkar deyil. Qayalıqda, daşlıqda, qumsallıqda hətta yüngül gilli torpaqda da bitir. Badam quraqlığa davamlı bitkidir.

Badam işıq sevən bitkidir. Ağacın budanması vaxtı-vaxtında aparılmadıqda, gövdəsdə budaqların çox sıx olması belə ağacın məhsuldarlığına təsir edir.

Badam ağacını payızda əkmək daha məsləhətdir. Yeni əkilən ağacı torpağından asılı olaraq müntəzəm sulamaq lazımdır.

Unutmayın ki, ağacları tək sulamaq və gübrələməklə iş bitmir. Hər bir ağac qulluq tələb edir. Onlar da xəstələnirlər, onlar da budanmaya ehtiyyac duyurlar. Bütün bu tələbləri unutmayın və ağacınız sizi bol məhsulla sevindirəcək.


Badamın faydaları

Badamın tərkibində 40-60% yağ (qurumayan), 20-30% zülali maddə, 13% karbohidrat, 3,6% sellüloza, 2,3% minerallı maddə, 15% B1 vitamini vardır. A, B, C ve E vitaminləri də mövcuddur. Sinəyə xeyirlidir. İnsanı kökəldir və beyin üçün faydalıdır. Bağırsaq yarası, mədə pozğunluğu və təngnəfəsliyi müalicə edir. Yetişməmiş badam diş kökünü möhkəmləndirir.