Qoz tingi - 1 əd.

12 m
Bonusla qiyməti: 12 bonus
Satışda yoxdur

Məhsul haqqında

Qoz tingi

Qoz ağacı

Qoz ağacı çox səmərəli və məhsuldar ağacdır. 19-cu əsrdə ölkəmizdə meyvəçiliyin inkişafını təbii edən böyük ədiblərimizdən biri İsmayil bəy Qutqaşenli Nuxa qəzasında kəndlilərə deyib: “Hər kim bir qoz əksə ona bir qızıl pul verəcəm”. Bundan həvəslənən kəndlilər hərəyə bir qoz ağacı əkirlər. Onlar əldə etdikləri bol məhsulu satib yaxşı gəlir əldə edirlər.

Qoz ağacları sürətlə böyüyüb boyu 25-40 m-ə qədər uzanır və bir ağac 300-500 kvadratmetrlik bir sahəni əhatə edə bilər, köklər 3-5 m dərinliyə qədər uzana bilir. Gövdə çevrəsi 5-6 metrdir.

Qoz ağacları orta hesabla 200 il ömrə sahib olurlar.

Qoz qış və yaz aylarında normal böyümə və inkişafı təmin edəcək qədər istilik istəyirlər (25-350C).

Qoz ağacları quruluşlarına görə iridir və yarpaqları geniş səthə malikdir. Buna görə də, tərləmə zamanı su itkisinin miqdarı yüksək olan qoz ağaclarının yetərli miqdarda su ilə təmin olunması çox mühümdür.

Qoz ağacı torpaqda hər hansı ciddi bir problem yoxdursa, gübrələmə baxımından çox tələbkar bir bitki deyildir. Bununla birlikdə, quruluşundan dolayı ən vacib qida maddəsi kimi azota ehtiyac duya bilər.

Qoz ağacları iri və böyük tac əmələ gətirirlər. Ancaq bu ağaclar ümumilikdə, həddindən artıq budama tələb etmirlər.


Qozun faydaları

Ümumiyyətlə, qozun tərkibində 3,5% su, 15-30% protein, 55-77% yağ, 1,5-3% kül və 5-15% karbohidrat (selüloz) var. Bundan əlavə, qoz meyvələri Ca, P, Mg, Fe, Na, K, həmçinin A, B1, B2, B6 vitaminlərinə də malikdir. 1kq qozda 7000 kalori enerji var. Bağırsaqları yumşaldır.