İnək qaymağı - 1 kq

8 m
Bonusla qiyməti: 8 bonus
Satışda var
+

Məhsul haqqında

Inək qaymağı

Qaymaq və onun faydaları

Qaymaq süd məhsuludur. Yağ əldə etmək və yemək üçün istifadə olunur. Qaymaq almaq üçün qaynanmış südü qablara (teşt, tabaq və s.) töküb 15—20 saat saxlayırlar. Bu müddətdə südün qaymaq adlanan yağlı hissəsi üzə çıxır. Buna görə də qaymaq xalq arasında bəzən üz adlanır. Süd məhsullarının, o cümlədən qaymağın alınması gil qabların hazırlandığı Neolit dövrünə aiddir.

Hazırda qaymaq sənaye üsulu ilə də alınır. Standarta görə tərkibində 20% yağ olan qaymaq adi, 35% yağ olanı isə yağlı qaymaq adlanır. Qaymağın tərkibində A, B, E, C vitaminləri, həmcinin şəkər və zülal var. 1 kq qaymaqdan 5000 kalori alınır.

Qaymaq kulinariyada mühüm rol oynayır və onun neçə cür tətbiqi var. Meyvə salatlarında, südlü kokteylərin üstündən, krem kimi ("şanti" kremi), tortlar üçün bəzək kimi, cürbəcür mussların və dondurmaların vacib tərkib hissəsi kimi istifadə olunur.

Qaymaq maddələr mübadiləsini tənzimləyir, həzm prosesini asanlaşdırır. Tərkibində B1, B2, B12 və D vitamini olan qaymaq mədə-bağırsaq xəstəlikləri yaradan mikrobları məhv edir. Qaymağın tərkibində mikroelementlər, dişləri və sümükləri möhkəmləndirən kalsium və fosfor var. Kalsium sinir sisteminin, gözlərin sağlamlığında böyük rol oynayır.